Bakının küçələri gecələr
qaranlığı, gündüzləri isə sadəcə saxta günəşin batmağını, qaranlığın gəlməsini
gözləyir...Bakının küçələri qaranlığı sevir, mən isə Bakının qaranlığını...
Gündüzlər gördüyüm eybəcərlik,
saxtakarlıqlar qaranlıqda yox olur. Gecələr şəhər olduğu kimidir- boş, menasız,
səssiz...
Əslində gündüzlər də elədir,
amma saxta gülüş səsləri, şəhərin mənasız divarlarına heyranlıqla baxan
insanlar da gecələr qaranlığa bürünür.
Gecə saflıqdır, gizlinllərin
ortaya çıxdığı vaxtdır. Gecələr- gizli hisslərin cəsarətlə küçələrdə
addımladığı saatlar.. Və gündüz tapa bilmədikləri gözəlliyi qaranlıqda axtaran
insanlar...
Bakının gündüzlərində, hərdən
də gecələrində ən çox eşidilən səs maşın siqnalları, sürücü dava
dalaşlarıdır... Şəhər deyinən, qışqıran, neqativ enerjili, qaş-qabaqlı
insanlarla doludur.
Nadir hallarda gülürlər,
hətta şaqqanaq çəkirlər, amma elə bil, onları buna kimsə məcbur edir, sanki
yanaqlarından tutub dartır kimsə. Çox qısa olan riyakar gülüşlərin çoxu sadəcə
yanaqların hərəkətindən ibarətdir...
Siqaret tüstüsünü içinə çəkdiyin
anın xoşbəxliyi qədər saxtadır Bakının gülüşü... Sadəcə vərdişdir-pis vərdiş.
Əslində isə, şəhər
ağlamaq istəyir, lap yüksək səslə hönkürüb eybəcər səsləri, saxta, boğazdan
yuxarı qəhqəhələri susdurmaq istəyir... Amma bacarmır, çünki şəhərimin ağlamalı
halını da gülməli ediblər...
Əsl
Bakı ve insanlari bəzənmiş binaların görünməyən terefi kimidir. Heç kim o
biinaların görünməyən tərəfini görmek istəməz. Və eynəklərini taxıb keçərlər...
Necə
də gözəldir şəhərimiz... Necə də gözəldir insanları...Rəngli eynəklərinin
arxasindan qarşılıqlı sevirlər bir birilərini...
Eynəyini
unutmuş olanlar, ya da eynəyi heç sevməyənlər isə gözlərinin gördüyü reallıqla
barışmağa məcbur qalırlar...
Bu
şəhərə eynəksiz baxdıqdan sonra əlindəki siqareti söndürmədən yerə atıb,
qarşıdan gələn xanıma əhəmiyyət vermədən yerə tüpürürlər...Heç peşman da
deyillər...
Sonra bir neçə addımlıqdakı zibil qabıya kinayə ilə
baxıb gülümsəyirlər...
Zibilliklerin
icine batmis şəhərdə zibil qutusuna nə ehtiyac var ki?
Zibil
qutusu isə, reallığı öz gözləriylə görənlərin baxışlarına tuş gələr...
Tək
basina şəhəri təmizləməyə çalışan zibil qutusu da mübarizəsinin mənasizlgni
dərk edər.
Ümidsizcə
o da yerə tüpürər...
.jpg)
elvir superdi.zibiliklerin icinde gül var adi Baki.ozu yawli uzu cavan.ici qemgin gozu dolan Baki...
YanıtlaSilBu yorum yazar tarafından silindi.
YanıtlaSil